Xəbərlər / Gündəm

Bakı bulvarında qadın özünü dənizə atdı

23-05-2019, 23:10
Dənizkənarı Bulvarda qadın intihara cəhd edib.

Oxu.Az-ın məlumatına görə, 32 yaşlı Babayeva Nuranə Məhəmməd qızı Bulvar ərazisində özünü dənizə atıb.

Hadisə yerinə FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunub. Onu sudan çıxarmaq mümkün olub.


N.Babayeva dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Qadının hansı səbəbdən intihara cəhd etməsi araşdırılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]