İdman

"Qarabağ"ı Ağdamın girişində qarşılayacağıq" - Video

14-05-2019, 15:10

qanunauyğun çempionluqdur".

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov deyib.

V.Həsənov "Qarabağ"ı Ağdamda çempionluq kuboku ilə qarşılamağa hazır olduqlarını bildirib:

"Onları Ağdamın girişindəki Sultanbud təpəsində qarşılayacağıq. Oradan isə Quzanlı Olimpiya Kompleksinin stadionuna gedəcəyik. İnanıram ki, çox yaxın vaxtlarda Ağdamın mərkəzindəki "İmarət" stadionunda oynayacağıq. O gün olsun, "Qarabağ" doğma rayonundakı stadionunda çıxış edəndə çempionluq yaşasın".

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Vaqif Həsənova çempionluq kubokunu Ağdama aparacaqlarına söz verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]