İdman

Çempionluq kuboku "Qarabağ"a təqdim edilib

23-04-2017, 23:36

"Sumqayıt"la Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra "Qarabağ"a çempionluq kubokunun təqdim edilmə mərasimi keçirilib.
Report-un məlumatına görə, mərasimə Ağdam klubunun prezidenti Abdulbari Gözəl də qatılıb.
A.Gözəl baş məşqçi Qurban Qurbanovu çempionluq münasibətilə təbrik edib və ona anasının dünyasını dəyişməsi ilə əlaqədar başsağlığı verib. Daha sonra klub prezidenti futbolçuları da təbrik edib.
Bundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və o, komanda üzvlərinə medallar təqdim edib. Futbolçular mükafatlandırma mərasiminə ortasında ulduz şəkli olan forma ilə çıxıblar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]