Kriminal

Çoban işlədiyi fermadan oğurluq etdi

7-05-2019, 10:15

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Xeberman.com-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini Rauf Rəfiyev mayın 5-də ona məxsus fermadan ümumi dəyəri 750 manat olan 4 baş xırdabuynuzlu heyvanların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rəfiyevə məxsus rayonun Bığır kəndində yerləşən fermadan heyvanları oğurlayan şəxsin elə həmin təsərrüfatda çobanlıq edən Goranboy rayon sakini, 33 yaşlı Ceyhun Həsənov olduğu müəyyən olunub və şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır

Administratorla əlaqə

077 611-55-22

[email protected]