Xəbərlər / Gündəm / Dünya

Ermənilər Ağdamda təlim keçir

5-05-2019, 12:58

Dünən işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində Ermənistan ordusunun Qarabağda dislokasiya olunan hərbi birləşməsinin tank briqadası döyüş atışlı taktiki təlim keçirib.

BAKU.WS Ordu.az-a istinadən xəbər verir ki, təlimin gedişatını Qarabağdakı erməni ordusunun hərbi birləşmə komandirinin 1-ci müavini polkovnik Samvel Poğosyan izləyib.

Təlimin senarisinə görə, geri çəkilən bölmələr tank birliklərinin dəstəyi ilə əks hücuma keçərək itirilmiş mövqeləri bərpa edib.

Qeyd: Təlimə cəlb edilən tank briqadasının Xocalı yaşayış məntəqəsindəki hava limanına yaxın ərazidə dislokasiya olunan 49-cu tank briqadası, 46677 nömrəli hərbi hissə olduğu ehtimal olunur. Hərbi hissə komandiri polkovnik Tatul Hayrapetyandır.

BAKU.WS

Administratorla əlaqə

077 611-55-22

[email protected]