Əsas Səhifə / Yaşam
Ağır xəstəlikdən əziyyət çəkən Azərbaycan bayraqdarı yalnız Mübariz Məsimovdan kömək istədi
4-05-2019, 02:11
Azərbaycanın tanınmış bayraqdarı, Milli Azadlıq Hərəkatının öncüllərindən olan, Azərbaycanın üçrəngli bayrağını Sovet rejiminin xalqımıza sərt üzü ilə çevrilmiş ən ağır dönəmində ilk olaraq yüksəldən, Vətən uğrunda, milli dövlətçiliyimiz naminə canından keçməkdən çəkinməyən bayraqdarımız - Elman Türkoğlu!
Demək olar ki, şəhərin müxtəlif yerlərində onu əlində böyük bir bayraq gəzdirərkən görmüş hər kəs bu şərəfli şəxsə qarşı dərin ehtiram duyğusu hiss edirdi, eyni zamanda, Vətənə və millətə qarşı möhtəşəm bir qürur hissi yaşayırdı. Bir sözlə, bəlkə də uzun-uzadı təqdimatına ehtiyac duyulmayan nadir şəxsiyyətlərdəndir Azərbaycan bayraqdarı Elman Türkoğlu.
Bu günə kimi şəxsi evi olmadığına, yataqxanada məskunlaşdığına baxmayaraq heç kimə əyilməyən, sınmayan Elman bəy ağır xəstəlikdən əziyyət çəkir. Biz, Azerbaycanrealligi.com saytı olaraq, hal-hazırda ürək problemləri ilə bağlı yerləşdirildiyi 5 saylı dövlət xəstəxanasında onunla görüşərək səhhəti və sosial vəziyyəti barəsində qısa da olsa ondan açıqlama ala bildik. Elman bəy bildirdi ki, xəstəxanaya yerləşdirilərkən səhhəti ağırlaşıb, heç yeriyə bilmirmiş. O deyir: "İndi şükürlər olsun ki, səhhətimdə bir az irələyiş var. Xəstəxananın həkim heyəti mənə yaxşı baxır. Burada, yəni kardiologiya şöbəsində yatan xəstələr də məni görəndə tanıyırlar, böyük hörmət, ehtiramla yanaşırlar. Bir az da özümdə səhlənkarlıq oldu ki, müalicəmin üstünə vaxtında düşmədim. Düşsəydim, bəlkə də bu vəziyyətdə olmazdım".
Elman bəy bildirir ki, rayonlardan da onu ziyarət etməyə gələnlər var, amma çox təəssüf olsun ki, müxalifətin tanınmış şəxsləri onu ziyarət etməyə gəlməyiblər. Amma bəziləri telefonla əlaqə saxlayıb. Millət vəkillərindən isə onunla yalnız Aqil Abbas əlaqə saxlayır, əlindən gələn köməkliyi göstərir. Elman bəyin sözlərinə görə, həkimlər ona yenidən ağır diaqnoz qoyublar, onda mədəaltı vəzidə də, prostat vəzisində də şiş aşkar olunub. Həkimlər bildirirlər ki, güclü müalicə olunsa, xəstəliklər aradan qaldırıla bilər. Elman bəy qeyd edir: "Amma dərmanlar çox bahadır, almağa maddi gücüm çatmir. Mən heç vaxt ölümdən qorxmamışam, amma ölmək də istəmirəm. Mənim Təbrizim var, Qarabağım var, Borçalım var. Bunları görməmiş ölmək istəmirəm".
"Kimlərdən kömək istəyirsiniz?" sualına isə bayraqdar belə cavab verib: "Həkimlərin ağır diaqnoz qoymasına baxmayaraq mən nə Azərbaycan hakimiyyətindən kömək istəyirəm, nə müxalifətdən, nə də iqtidardan, nə də hansısa məmur və nazirdən. Mənə bu gün yüzlərlə insan yazır, ürək-dirək verir, sağ olsunlar. Özümə hesab da açmışam, amma bu günə kimi hələ yardım edən olmayıb. Yenə də sağ olsunlar. Lakin mən buradan yalnız bir vətənpərvərimizə müraciət etmək istəyirəm, yalnız o adama ümidliyəm və media vasitəsi ilə ondan kömək istəyəcəyəm, özünün də facebook hesabına yazıram. Hələ ki, mənə cavab verməyib. Yəqin ona çox adam yazır, başı qarşıqdır, ondandır ki, məktublarımı görməyib. O şəxs "Palmali" şirkətlər qrupunun prezidenti, 1990-cı ildən tanıdığım, dostum Mübariz Məsimovdur. O mənə kömək etsə, yaxşı olar, çox şad olaram. Onu Rusiyadan tanıyıram. Azərbaycanın qeyrətli oğullarındandır. İnanıram ki, o, həkimlərin mənə qoyduğu mədəaltı vəzidə şiş, prostatda şiş kimi belə ağır diaqnozu eşitsə, mənə kömək edəcək", - deyə bayraqdar Elman Türkoğlu sözünü yekunlaşdırdı.