Əsas Səhifə / Gündəm

ELMAN RÜSTƏMOVUN OĞLUYLA BAĞLI ŞOK MƏLUMATLAR

22-12-2015, 11:56
ELMAN RÜSTƏMOVUN OĞLUYLA BAĞLI ŞOK MƏLUMATLARJurnalist İlkin Əhmədov Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun oğlu ilə maraqlı bir status yazıb.

Mətbuat xəbər verir ki, Facebook səhifəsində yazdığı statusunda Əhmədov başına gələnləri nəql edib.
Jurnalistin yazdıqlarını olduğu kimi təqdim edilir: “Elman Rüstəmovun oğlu mənim əsgərim olub. Cəliləbadda yerləşən N saylı hərbi hissə, 2007-ci ilin iyul çağırışı, Artilleriya divizionunun 3-cü batareyasının İdarəetmə tağımının əsgəri… Hərbi andı içməyə qədər gəlmişdi, ardınca MOİK-ə ezam olunacaqdı digər məmur övladları kimi.
Yadımdadır ki, o hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi. Təbii ki, özü yox, sürücüsü sürürdü. Maşını Qərargahın qarşısında saxlatdırıb sağa-sola, sonra komandirə baxıb dedi: “Əmi, bura da pis deyil a, bəlkə burada qalım, SKA-ya getməyim?”
Baş bankirin oğlunun əmi deyə müraciət etdiyi komandir Qarabağda qızğın döyüşlərin getdiyi vaxtda 5 əsgəri ilə silahlı emrəni dığalarının mühasirəsindən çıxan tabor komandiri idi. Mühasirədən çıxan zaman dizindən güllə yarası almışdı.
İndi də Elman Rüstəmov deyir ki, dəbdəbəli malların idxalını məhdudlaşdırmaq lazımdır. A bəy, sənin oğlun 2007-ci ildə Q7 sürürdüsə, indi yəqin vetrolyotda gəzir! Dünyanın maliyyə mərkəzi hesab olunan Wall Street-də oturanlar işə qiyməti maksimum 20 min dollar olan maşında gəlir, Elman bəy son model BMW-də”.
ELMAN RÜSTƏMOVUN OĞLUYLA BAĞLI ŞOK MƏLUMATLAR

Administratorla əlaqə

077 611-55-22

[email protected]