Əsas Səhifə / Gündəm / Ölkə

Qəzada həlak olan 8 nəfərin adı - İki ailə məhv oldu

29-04-2019, 19:15

Bu gün Göygöl rayonunda baş verən dəhşətli qəzada ölənlərin şəxsiyyəti bəlli olub.

Xeberman.com-un Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, qəza "VAZ 2107” markalı avtomobilin ötmə əməliyyatı edərkən baş verib.

Həmin maşının sürücüsü 1995-ci il təvəllüdlü Həsənov Eldəniz Gəray oğlu, onun qızı 2018-ci il təvəllüdlü Həsənova Rübab, digər sərnişinlər -1958-ci il təvəllüdlü Orucova Nahidə Qəzənfər qızı, 1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı vəfat edib. Həmin avtomobildə olan digər sərnişin, 1991-ci il təvəllüdlü Həsənova Ruhiyə Ramiz qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

"VAZ 2106” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Camalov Aslan Əbülfəz oğlu, həyat yoldaşı 1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı və oğlu 2016-cı il təvəllüdlü Camalov Hüseyn, 1949-cu il təvəllüdlü Bayramov Həmid Səməd oğlu vəfat ediblər.

Qəza nəticəsində 8 nəfər vəfat edib, 1 nəfər yaralanıb. Onların hər biri Daşkəsən rayon sakinləridir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]