Xəbərlər / Maraqlı

Azərbaycanın ən yaşlı tələbəsi - 50 yaşlı əlaçı - VİDEO

18-04-2019, 15:23
[code][/code]
Öyrənmək üçün heç vaxt gec deyil. 50 yaşli Əfsəl Qaziyev bunu sübut edir. O, ən yaşlı tələbə olmaqla yanaşı, eyni zamanda ən yüksək təqaüdü alır.

Xeberman.com Xəzər TV-yə istinadən xəbər verir ki, ali təhsil arzusundan heç vaxt vaz keçməyən Əfsəl Qazıyev bu arzusuna 49 yaşında çatıb.

O, bu əzmini elə təhsilində də davam etdirir. Yaşlı tələbə əlaçıdır. O, həm də Azərbaycanda ən yüksək təqaüd alan tələbəldir. Onun 3 göstərici üzrə aldığı təqaüdlərin cəmi 430 manat edir.

Bu yaşda ali təhsil almaq onun üçün müəyyən çətinliklər yaratsa da, məqsədinin ardınca getmək əzmi hər şeyi üstələyir.

Hazırda onun 4 övladı var. Onlardan biri də tələbədir. Oğullarından biri isə hərbi xidmətdən qayıdandan sonra universitetə hazırlaşacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]