Şikayət / Ölkə

“Mətanət-A” şirkətinin prezidentinə ağır ittihamlar: “Məni girov götürüb…

15-04-2019, 22:58
Press-az.com saytının elektron ünvanına daxil olan məlumata görə , Mətanət-A şirkətinin rəhbəri Elxan Bəşirov öz əməkdaşlarına qarşı qoçu dəstəsindən istifadə etməklə onlara saxta sənədlərə qol çəkdirdikdən sonra ya işdən qovur və yaxud onlara qarşı fiziki təyiqlər törədir. Bu barədə saytımızın email poçtuna Mətanət-A şirkətinin keçmiş əməkdaşı Altay Bayramov şikayət məktubu yollayıb. Həmin məktubu olduğu kimi sizə təqdim edirik:

“Mən Mətanət-A şirkətində uzun muddət işləmişəm və son işim cənub bölgəsinin satış təmsilçisi olub. 2015-ci ildə atam Ərəstun Bayramovun(Elxan Bəşirovun dayısı) Lənkəran-Lerik yolunun 36-cı km-də yerləşən ərazidə istirahət mərkəzi tikməsi Elxan Bəşirovda ailəmizə qarşı nifrət hissi oyadıb. Belə ki, onun həmin ərazidə olan bütün torpaqları almaq məqsədi var imiş. Atam ona yerin pulunu ver götür deməsi Elxan Bəşirovu daha da qəzəbləndirmişdir.Bu hadisədən sonra Bəşirovun qara mühasibatlığını aparan qardaşım Bayramov Ziyatayı işdən qovdu və mənimlə əsl müharibəyə başladı. Mətanət-A şirkətinin prezidenti Elxan Bəşirovun qoçu dəstəsi şirkətin Luxen Plaza-da yerləşən satış ofisində məni girov götürməklə və şantaj yolu ilə heç bir aidiyyatı olmayan müxtəlif sənədlərə imza atdırdılar.Elxan Bəşirov qoçuları vasitəsilə mənə məxsus sənədləri, şəxsi netbukumu,Xırdalan şəhərində yerləşən evimizin sənədlərini,işlədiyim müddət ərzində apardığım iş hesabatını və o cümlədən şirkətdə 12000 manat depozitimin olmasını təsdiq edən sübutları ələ keçirmişdir.Girovluqda olduğum zaman Elxanın mühafizə rəisi Yalçın İbayev məni başımdan vurmuş və hətta xəstəxanaya düşmüşdüm. Bəşirovun hədə və şantajlarından qorxub səsimizi çıxarmırdıq amma indi heç nəyimiz qalmayıb. 2016-cı ildən bu günə qədər Xırdalan şəhəri,H.Aslanov küçəsi,90 saylı evimiz Elxan Bəşirovun girovluğundadır və Elxanın qoçu dəstəsi evimizə daxil olmağa mane olur.”

Administratorla əlaqə

077 611-55-22

[email protected]