Xəbərlər

SDU-nun rektoru professor Elxan Hüseynov öz xeyirxah missiyası ilə yenə də kollektivini sevindirdi

20-12-2018, 11:00

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Elxan Hüseynov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə kollektivi pul mükafatı ilə sevindirib.

Xeberman.com saytının məlumatına görə, rektor qarşıdan gələn bayramlar münasibəti ilə kollektivi təbrik edib, onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni-yeni nailiyyətlər arzulayıb.

Qeyd edək ki, Elxan Hüseynovun imzaladığı əmrə əsasən, işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə hər il Yeni il öncəsi, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]