Dünya

Bu birliyin əhalisi 180 milyon, ÜDM-i 2 trilyondur

11-04-2019, 10:18

Avrasiya İttifaqı Avropa və Asiya arasında etibarlı körpü rolunu oynayacaq.

Axar.az xəbər verir ki, bunu “İdeyadan reallığa: Qazaxıstanın ilk prezidentinin Avrasiya təşəbbüsünün 25 illiyi” konfransında çıxışı zamanı Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev deyib.

“Müasir Avrasiya İttifaqı 750 milyard dollardan çox xarici ticarət dövriyyəsi olan böyük bazardır. Təşkilatın ümumdaxili məhsulu 2 trilyon dollar təşkil edir, əhalisi isə 180 milyon nəfərdir. Yaxın gələcəkdə Avrasiya İttifaqını Avropa və Asiya arasında etibarlı körpü kimi görürük”, – deyə o bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]