Əsas Səhifə / Xəbərlər

Erməni əsgəri qorxusundan necə gizləndi?-FOTO

7-04-2019, 10:52

Bu gün sosial şəbəkələrdə Ermənistan ordusunun vəziyyətini əks etdirən maraqlı şəkil yayılıb. JAMAZ.İNFO xəbər verir ki, yayılmış məlumatda şəkil aprel döyüşləri zamanı çəkilib.

Belə ki, Azərbaycan Ordusunun hücumu zamanı səngərdə özünə xüsusi yer düzəldən erməni əsgərinin hansı qorxu və həyəcan keçirdiyi elə fotodan da bəllidir. Şəkili paylaşan müəllif daha sonra bildirib ki, bu fotonu Ermənistanın müdafiə naziri Tanoyanın verdiyi açıqlamaya cavab olaraq paylaşır. “Bu fotonu Tonoyanın bəyanatına cavab olaraq yayıram. Bəli, ermənilərə yeni ərazilər lazımdır. Və biz onlara yeni erməni qəbristanlığı salmaq üçün ərazi mütləq ayıracağıq”.

Xatırladaq ki, Ermənistanın müdafiə naziri ötən günlərdə bəyanat yayaraq bildirmişdi ki, onlar Azərbaycanın yeni torpaqlarını işğal etmək üçün hazırlıqlara başlayıblar. Azərbaycan Müdafiə Nazirliyi isə buna cavab olaraq bildirib ki, əgər ermənilər hücuma keçərsə, elə ilk həmlədə düşmənin əsas qüvvələrinin 70 faizini məhv edəcək gücdədirlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]