Xəbərlər / Maraqlı

5-ci sisnif şagirdi dərsə getmək üçün hər gün qayıqla Kür çayından keçir - VİDEO

9-03-2019, 13:21

Bərdədə müvəqqəti məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Əli Hümbətov yaşadığı ərazidən təxminən 5 km. aralıda yerləşən Zərdab rayonunun Xasa kənd ümumi orta məktəbində oxuyur.

Xeberman.com Xəzər TV-yə istinadən xəbər verir ki. 5-ci sinif şagirdi olan Əli təhsilini davam etdirmək üçün bütün əziyyətlərə qatlanır. O, hər səhər velosipedlə Kür çayının kənarına gəlir, qayıqla qarşı tərəfə keçərək dərsə yollanır.

Onun dərslərə olan marağı sinif yoldaşlarını da həvəsləndirir.

Küləkli havalarda Əli çayı keçib dərsə gedə bilməyəndə müəllimləri ona əlavə məşgələlər təyin edir. Bununla da o, dərs proqramından geri qalmır.

Əlinin uğurlarında oxuduğu məktəbin rəhbərliyinin də payı var. Hər gün Kür çayını keçdiyi qayığı məhz Xasa kənd orta məktəbinin rəhbərliyi onun üçün düzəltdirib. Qayığı sürməyi bacaran qadın isə hər gün şagirdə kömək edir, çayın o tərəfindən bu tərəfinə keçirir.


Administratorla əlaqə

077 611-55-22

[email protected]