Xəbərlər

Əfv Məsələləri Komissiyası növbəti dəfə toplaşdı

6-03-2019, 08:51
i]Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.

Komissiyanın indiyə qədər keçirilən iclaslarında baxılan müraciətlərin ümumi sayı 500-dən artıqdır.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı.

Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu.[/i]

Administratorla əlaqə

077 611-55-22

[email protected]