Xəbərlər / Ölkə

Əfv Komissiyası 100-ə yaxın müraciətin əksəriyyətinə müsbət rəy verib

8-02-2018, 18:18

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

Oxu.Az xəbər verir ki, iclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı prezidentə təqdim olunacaq.

Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]