Əsas Səhifə / Mədəniyyət

Azərbaycanda müəllim 940 səsli musiqi aləti düzəltdi - Video

3-03-2019, 11:40


Onun "Qurmanayzer" adlandırdığı yeni musiqi aləti özündə 940 səsi cəmləşdirir. Alət xüsusi qulaqcığa birləşdirilmiş nəfəs qurğusu vasitəsi ilə idarə olunur.

Qurban Məmmədovun sözlərinə görə, o, qarmonun mikrosxeminə dəyişiklik edib. Hər bir alətin orijinal səsi ifa olunub və yaddaş kartına köçürülüb.

Mingəçevir sakini qarmonun yeni formatının hazırlanmasına 3 ay vaxt və təqribən 3 min manata yaxın pul xərcləyib. "Qurmanayzer"in hazırlanmasında 99 metr uzunluğunda avia naqil və digər texniki vasitələrdən istifadə olunub.

O, konsert proqramlarında və el şənliklərində yeni alətin imkanlarını nümayiş etdirir. Qurban Məmmədov bu musiqi alətini qarmon ustası Ənvər Sadıqov üçün yığmaq istədiyini də deyib.[/i]

Administratorla əlaqə

077 611-55-22

[email protected]