Xəbərlər / Maraqlı

Həm gitara, həm də ud kimi istifadə edilir - Ağcabədi sakini qeyri-adi musiqi aləti düzəldib - VİDEO

7-11-2018, 13:56

Ağcabədi sakini ud və gitaranı bir alətdə birləşdirib. O, ud musiqi alətinin çanaq hissəsini çixarıb və əvəzinə gitara simləri qoyub. Bununla da o, ərsəyə gətirdiyi qeyri-adi musiqi alətindən həm gitara, həm də ud kimi istifadə edir.

Xezerxeber.az-ın məlumatına görə, Ağdamdan məcburi köçkün olan və Ağcabədidə yaşayan İsmixan Xıdırov özünəməxsus alət düzəldib


İsmixan Xıdırov deyir ki, o simli musiqi alətlərinin təmiri ilə məşğuldur. Buna görə də alətlərə bu cür yeni funksiyalar əlavə edə bilir.

İsmixan Xıdırov, yeni musiqi alətinin hazırlanmasına 7 gün vaxt sərf edib. O, yeni musiqi alətini bir sıra məclislərdə artıq sınaqdan keçirdiyini deyir.

Qeyd edək ki, İsmixan Xıdırov əvvəllər qədim musiqi aləti sayılan tamburun elektron variantını da hazırlamışdı.

Mediaxeberleri.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Administratorla əlaqə

077 611-55-22

[email protected]