Texnologiya

"Samsung" 2 milyard "Galaxy" smartfonunu satıb

21-02-2019, 12:25
"Samsung" 2 milyard "Galaxy" smartfonunu satıb
Koreyanın elektron nəhəngi "Samsung" yeni qurğuların nümayişində məhsullarının satışının statistikasına dair məlumatı bölüşüb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

San-Fransiskoda keçirilən mərasimdə şirkət nümayəndələri bildiriblər ki, "Samsung" 2010-cu ildən başlayaraq "Galaxy"nin iki milyarddan çox smartfonunu satıb. Onlar arasında "Galaxy S", "Galaxy Note", həmçinin "Galaxy A", "Galaxy C", "Galaxy J" və başqaları var.

Daha əvvəl "Samsung" şirkəti dünyada ilk dəfə qatlanan ekranla təchiz edilən smartfonu təqdim edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]