Xəbərlər / Texnologiya

“Ford Motors” İngiltərədəki istehsalını başqa ölkəyə daşıyır

16-02-2019, 10:26
“Ford Motors” İngiltərədəki istehsalını başqa ölkəyə daşıyır
“Ford Motors” İngiltərədəki istehsalını başqa ölkəyə daşıyacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, “Ford Motors”un rəsmi nümayəndəsi Baş nazir Tereza Meylə telefon danışığı zamanı İngiltərədən başqa alternativ fabrikləri nəzərdən keçirdiklərini bildirib.

İngiltərədə iki fabriki fəaliyyət göstərən “Ford” şirkəti əgər bu ölkə “Brexit” razılaşması olmadan Avropa İttifaqından ayrılarsa 1 milyard dollar zərərlə üzləşəcəyini bildirmişdi.

Qeyd edək ki, “Nissan Motors” şirkəti də “Brexit” mövzusundakı naməlum vəziyyətə görə İngiltərədə yeni bir model istehsal etmək planından imtina etdiyini açıqlamışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]