Xəbərlər

Dünyanın ən nüfuzlu qadınları açıqlandı - REYTİNQ

5-12-2018, 09:56

Almaniya kansleri Angela Merkel yenidən “Forbes” jurnalının versiyasına əsasən dünyanın ən nüfuzlu qadınlarının siyahısına başçılıq edib.

Oxu.Az-ın məlumatına görə, Almaniya kansleri artıq səkkizinci ildir ki, birinciliyi əldən vermir.

Reytinqin ikinci pilləsində Böyük Britaniyanın baş naziri Tereza Mey, üçdə isə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard qərarlaşıb.

İlk beşliyi “General Motors” şirkətinin baş direktoru Meri Barra və “Fidelity Investments” şirkətinin prezidenti Ebiqeyl Conson bağlayır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]