Xəbərlər / Siyasət

AXCP sədrinin müşaviri azadlığa buraxıldı

13-02-2019, 11:39

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində Məmməd İbrahimin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Suraxanı rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Ona təyin olunmuş 5 ay 22 gün azadlıqdan məhrum etmə cəzası azaldılaraq, faktiki həbsdə yatdığı günlə əvəz olunub və o həbsdən azad olunub.

Suraxanı rayon Məhkəməsinin hökmü ilə Məmməd İbrahim 5 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Məmməd İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Məmməd İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məmməd İbrahimin barəsində bu il yenidən cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham elan edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]