Xəbərlər / Təhsil

Müəllimlər üçün İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri davam edir

13-02-2019, 10:38

Paytaxtın ümumtəhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimləri üçün İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Xeberman.com-a bildirilib ki, “İKT savadlılığının artırılması”, “Təhsildə müasir strategiyalar və layihə metodikası” mövzusunda təlimlərə İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmədə iştirak etmiş müəllimlər qatılıb.

İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən təlimlər həftədə üç dəfə keçirilir.

Təlimlərin sonunda müəllimlərin yekun qiymətləndirilməsi təşkil ediləcək. Onun nəticələrinə əsasən, fənn müəllimləri və ibtidai sinif müəllimlərinə sertifikatlar təqdim olunacaq.

Təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin İKT üzrə bilik və bacarıqlarını daha da təkmilləşdirmək, təhsilin bütün pillələrində İKT-dən daha səmərəli istifadə imkanlarını artırmaq, şagirdlərə İKT-dən düzgün istifadə vərdişləri aşılamaq üsullarını təlim iştirakçılarına ötürməkdən ibarətdir.



Administratorla əlaqə

077 611-55-22

[email protected]