Xəbərlər / İdman

Navas "Real"dan ayrılır

6-12-2018, 10:51

"Real"ın qapıçısı Keylor Navas yanvarda Madrid klubundan ayrılmaq istəyir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 31 yaşlı qolkiper komandada ehtiyat qapıçı olduğu üçün bu qərara gəlib. K.Navasın başqa klubda əsas qapıçı olmaq istədiyi vurğulanıb.

Qeyd edək ki, Tibo Kurtuanın yayda "Real"a keçidindən sonra kosta-rikalı qapıçı əsas heyətdə yerini itirib.

Xatırladaq ki, K.Navas bu mövsüm bütün turnirlərdə ümumilikdə 9o yun keçirib və 13 qol buraxıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]