Əsas Səhifə / Gündəm

Kadırovun İlham Əliyevlə səmimi görüşü - VİDEO

28-11-2018, 13:56

Xəbər verdiyimiz kimi, noyabrın 27-də Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycana səfər edib.

Oxu.Az-ın xəbərinə görə, səfər çərçivəsində R.Kadırov Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Çeçenistan rəhbəri “YouTube” portalında Azərbaycana səfərinə dair təəssüratları ilə bağlı video paylaşıb.

“Mən çərşənbə axşamı Bakıya səfər etdim və əziz qardaşım, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüm. Bizim çox isti və səmimi söhbətimiz oldu”, - deyə R.Kadırov videoya şərhdə bildirib.

R.Kadırov Azərbaycan prezidenti İlham Əliyevin Çeçenistana səfər etmək təklifini qəbul etməsini xatırladıb və bundan məmnun olduğunu qeyd edib.


Administratorla əlaqə

077 611-55-22

[email protected]