İdman

Qvardiola millimizin oyununu izləyibmiş

24-11-2018, 10:30

Millətlər Liqasının qrup mərhələsinin son turunda keçirilən Kosovo – Azərbaycan oyununu izləyənlər arasında “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da olub.

Oxu.Az xəbər verir ki, katalon mütəxəssis “şəhərlilər”in heyətində çıxış edən Kosovo yığmasının İsveçrə doğumlu qapıçısı Aryanet Muriçinin debüt oyununu izləyib.

Onun qapısını toxunulmaz saxlayan gənc qolkiperin çıxışından razı qaldığı bildirilir.

Xatırladaq ki, Kosovo – Azərbaycan oyunu meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]