Xəbərlər / Tibb

Duzun dəriyə inanılmaz faydalı təsiri

19-11-2018, 11:13
Duzun dəriyə inanılmaz faydalı təsiri
Çox duz qəbul etməyin orqanizmə zərərli olması barədə hər kəs məlumatlıdır. Amma duzdan dərinin təmizlənməsi üçün gözəllik vasitəsi kimi istifadə etmək olduqca faydalıdır.

Təmizləyici və hamarladıcı maska

Duz və bal, dərini hamarlaşdırma təsirinə malikdir. Milli.az xəbər verir ki, bu ikili yağ istehsalının tənzimlənməsini və dərinin nəmli qalmasını təmin edir.

Hazırlanması

1 çay qaşığı adi narın duzunu 1 ç.q. qaşığı balla qarışdırıb məcun halına gətirin və təmizlədiyiniz dərinizə, göz çevrəsinə vurmadan sürtün. 10-15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun və nəmləndirici krem çəkin.

Yumşaldıcı pilinq

Duz ölü dərinin təbii yollarla soyulmasına kömək edir. Həmçinin dərini yumşaldan və nəm tarazlığını təmin edən minerallar baxımından da olduqca zəngindir.

Hazırlanması

Yarım stəkan duz və yarım stəkan zeytun yağını qarışdırın. İstərsəniz sevdiyiniz efir yağlarından da 10 damcı qata bilərsiniz. Hazırladığınız pilinqi hamam lifi ilə, ya da ovcunuzla bədəninizə yavaş hərəkətlərlə vurun.

Rahatladıcı duz vannası

Duz dərinizdəki məsamələrə girən çirki və toksinləri təmizləyir. Duzun tərkibindəki minerallar dəridə qoruyucu baryer yaratmağı təmin edir və dərinin nəmini qoruyur. Dəniz duzundakı maqnezium bədənin su tutmasını və şiş yaranmasını azaldır.

Hazırlanması

İsti su ilə doldurduğunuz hamam vannasına yarım stəkan dəniz duzu əlavə edin və 15, ya da 30 dəqiqə bu duzlu suda dərinizi dincəldin.

Kəpəyin qarşısını alır

Duz saçda kəpəyin yaranmasını azaldır. Eyni zamanda, yağı əmər, saç dərisini nəmləndirərək göbələk və kəpək yaranmasının qarşısını alar.

Hazırlanması

1-2 çay qaşığı duzu saç dərinizə səpin. Barmaqlarınızı isladıb saçınızı 10-15 dəqiqə yavaşca masaj edin. Sonra hər zamanki kimi yuyun və kremləyin.

Administratorla əlaqə

077 611-55-22

[email protected]