Elm

Bu reseptlə saç tökülməsinin qarşısını alın

3-09-2018, 11:09

Qadınları narahat edən ən böyük problemlərdən biri də saç tökülməsidir.

Axşam.az xəbər verir ki, müxtəlif dəmləmələrlə saçlarınızın sağlam və parlaq görüntüsünü geri qazana bilərsiniz. Ev şəraitində hazırlana biləcək bu qarışığı bir neçə dəfə tətbiq etdikdən sonra artıq təsirini görməyə başlayacaqsınız. Qarışıq təkcə saç tökülməsinə deyil, artımına da kömək edəcək.

Bunun üçün lazım olanlar:

- 1 xörək qaşığı lavanda otu

- 1 xörək qaşığı at pıtrağı otu

- 1 xörək qaşığı gicitkən otu

- 1 xörək qaşığı yatıqqanqal otu.

Bu otları qarışdırıb üzərinə 2 stəkan qaynar su tökün, qapağın altında 1 saat dəmləyin, süzün. Saçlarınızı yuduqdan sonra bu dəmləmə ilə yaxalayın.

Administratorla əlaqə

077 611-55-22

[email protected]