Xəbərlər / İslam

“İslamda vardır” kitabı işıq üzü gördü – FOTO

16-11-2018, 23:29

“İslamda vardır” kitabı çapdan çıxıb.
Kanal15.az xəbər verir ki, bir sıra iradların və süni şəkildə yaradılan şübhələrin tam dolğun cavablarını əhatə edən “İslamda Vardır” kitabı artıq işıq üzü görüb.

Kitabda cəmiyyətdə şübhə doğuran bəzi məqamlara aydınlıq gətirilib. Eyni zamanda, ictimaiyyətdə birmənalı qarşılanmayan dini mövzular Quran, hədis, təfsir, əqli dəlillər və tarixi faktlarla real nümunələr əsasında sübuta yetirilib.

Sözügedən kitabda İslamda ölüyə Quran oxumaq, hurilər, Peyğəmbərlərin günahsızlığı (məsumluq), seyyidlik, möcüzə, merac, müqəddəslik, şəfaət, əza və yas mərasimləri, Novruz bayramı, İsanın (ə) gəlməsi, Peyğəmbərlərin qeybi bilməsi, savab anlayışının olması və sair kimi mövzular öz əksini tapıb.

“İslamda vardır!” kitabının özəlliyi iradlara dəlillərlə cavab verilməsi, mövzuların yığcam və dolğun şəkildə oxucuya təqdim olunması və hər iki ənənəvi məzhəbin təsdiq və qəbul etdiyi mənbələrə istinad olunmasından ibarətdir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab 573 səhifədən, 25 mövzudan ibarətdir.

Qeyd edək ki, “İslamda vardır” kitabının müəllifi ilahiyyatçı, araşdırmaçı Mahir Şəkərov, elmi redaktoru isə ilahiyyatçı Təbriz Qasımovdur. Sözügedən kitab müəllifin sayca ikinci kitabıdır. O, bundan əvvəl qələmə aldığı “Bütün Peyğəmbərlər məsumdur” adlı kitabın, eyni zamanda, bir neçə elmi tədqiqat əsərlərinin müəllifidir.

Məlumat üçün bildirək ki, kitab artıq satışa çıxarılıb.


Administratorla əlaqə

077 611-55-22

[email protected]