Əsas Səhifə / Xəbərlər

Prezident İlham Əliyev Belarusa səfər edəcək

12-11-2018, 16:54
Prezident İlham Əliyev Belarusa səfər edəcək
Prezident İlham Əliyev bir həftə sonra Belarusa səfər edəcək.

Belarus mətbuatının yazdığına görə, bu barədə prezident Aleksandr Lukaşenko ilə Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovun görüşü zamanı məlumat verilib.

Lukaşenko söhbət zamanı diplomatla görüşünün əsas səbəbinin Azərbaycan dövlət başçısının səfəri ilə əlaqəli olduğunu vurğulayıb: “Bizim danışılası çoxlu mövzumuz var”.

Belarus lideri ilin əvvəlindən bəri iki ölkə arasında ticari dövriyyənin 3 dəfədən çox artığını bildirib.

Humanitar sahədəki əməkdaşlığa diqqət çəkən Lukaşenko təxminən 500 azərbaycanlının Belarusda təhsil aldığını qeyd edib: “Azərbaycan üçün bizim qapılarımız açıqdır. Bizim İlham Əliyevlə razılaşmamız müqəddəsdir və razılığa gəlmişik ki, onlara əməl edəcəyik. Belarusla Azərbaycanın qapalı mövzusu yoxdur”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]