Xəbərlər / Mədəniyyət

İfası ilə məşhurlaşan azərbaycanlı fəhlə - Video

12-07-2017, 17:52
İfası ilə məşhurlaşan azərbaycanlı fəhlə - Video
Fəhlə iş arası oxuyur, iş yoldaşları maraqla qulaq asır. Başqa bir fəhlə isə şeirlə onu müşayiət edir.

Kult.az Xəzər TV-yə istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə ən çox paylaşılan bu video izlənmə rekordu qırır. Yazılan şərhlərdə hamı bu insanların kimliyi ilə maraqlanır, oxuyan fəhlənin indiki müğənnilərdən daha şirin səsə sahib olduğunu iddia edirlər.

60 yaşlı Saday Rzayev və 38 yaşlı Murtuza Məhərrəmov Laçın rayonundan məcburi köçkün düşərək, Bakıda məskunlaşıblar. Murtuza deyir ki, muğam və təsniflərin demək olar ki, yarıdan çoxunu ifa edə bilir. Özü ifaçılıqla peşəkar məşğul ola bilməsə də, oğlunu musiqi təhsili alması üçün musiqi məktəbinə göndərir.

Fəhləliklə məşğul olan Murtuza həm işdə, həm də evdə oxuyaraq insanlara musiqi ziyafəti verməkdən zövq aldığını deyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]