Avto

“Honda” 31 mindən çox avtomobili geri çağırdı

1-11-2018, 12:38

Yaponiyanın tanınmış avtomobil brendi olan “Honda” Çin bazarından 31 min 660 avtomobili hava yastıqlarındakı qüsurlara görə geri çağırır.

Axar.az xəbər verir ki, geri çağırılan avtomobillər 2013-2015-ci illərdə istehsal edilən “Ciimo”, “Elysion” və “Spirior” modelləridir. Bildirilir ki, həmin avtomobillərdəki Yaponiyanın “Takata” şirkəti tərəfindən istehsal olunmuş təhlükəsizlik yastıqları düzgün açılmaya və hətta açılarkən avtomobilin ön sırasında əyləşənləri ölümcül yaralaya bilər. Nasaz yastıqlar istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.

Qeyd edək ki, “Takata” təhlükəsizlik yastıqları ucbatından dünyada bir neçə nəfər ölüb və yaralanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]