Xəbərlər / Tibb

Evinizdə olan bu məhsul sizi xilas edə bilər – 7 fayda

26-10-2018, 10:35
Təbiətdə mövcud olan ən yaxşı antibiotiklərdən biri də soğandır.

Axar.az soğanın insan səhhəti üçün faydalarını təqdim edir:

1. Aparılan araşdırmalara görə soğanın çiy halı bişmişindən 10 qat daha faydalıdır.

2. Qırmızı soğanda olan flavanol maddəsi bədəndəki iltihabı sidik yolu ilə xaric edir.

3. Əl və ayaq dırnaqlarında yaranan infeksion xəstəliyini aradan qaldırmağın ən effektiv üsulu közlənmiş soğanın pərdəsini çıxarıb infeksiyaya yoluxmuş hissəyə dolamaqdır. Bunu saatbaşı təkrarlamaq lazımdır.

4. Qanın damarlarda rahat dövranını təmin edərək ürəktutma riskini azaldır. Gün ərzində çiy soğan yeməklə ürək xəstəlikləri riskini minimuma endirə bilərsiniz.

5. İmmuniteti gücləndirərək bədəni infeksiyalardan qoruyur, oynaq ağrılarına qarşı faydalıdır.

6. Qaynadılmış soğanı tənzifə büküb sinənin üzərinə qoymaq öskürəyin qarşısını alır. Bundan əlavə, qaynadılmış soğan suyunu qoxlamaq burun tutulmasına faydalıdır.

7. Davamlı olaraq soğan yemək xərçəng xəstəliyi riskini azaldır, hətta yox edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]