İdman

Ronaldo: Həqiqət həmişə üzə çıxır

25-10-2018, 11:51
Ronaldo: Həqiqət həmişə üzə çıxır
“Yuventus”un hücumçusu Kriştianu Ronaldu zorlama ittihamlarına münasibət bildirib.

Oxu.Az xəbər verir, o, “Squawka” nəşrinə açıqlamasında tezliklə həqiqətin üzə çıxacağını bildirib.

“Biz iki həftə öncə bəyanat vermişik. Əlbəttə ki, mən bu durum barədə yalan danışmayacağam. Vəkillərim də, mən də əminik. Əsas odur ki, oyunumdan və həyatımdan zövq alıram. Həqiqət həmişə üzə çıxır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, zorlama ittihamlarından sonra Ronaldu Portuqaliya yığmasından kənarlaşdırılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]