İdman

Azərbaycanlı MMA döyüşçüsü gürcü rəqibinə qalib gəlib

21-10-2018, 10:59

Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. İdmançımız “Fight Night Global 90” çərçivəsində qüvvəsini sınayıb.

İyirmi dörd yaşlı təmsilçimiz Moskvadakı “MOİK Arena”da keçirilən yarışda Mixail Qoqitidze ilə üz-üzə gəlib. Yüngül çəki dərəcəsində baş tutan döyüş N.Abbasovun rusiyalı rəqibi üzərində qələbəsi ilə başa çatıb.

Bu, Nərimanın karyerasında 23-cü qələbə olub. İndiyədək 27 döyüş keçirən idmançımız yalnız 4 dəfə məğlubiyyətlə üzləşib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]