İdman

Əsrin döyüşü: Nurməhəmmədov Makqreqoru əzdi - Video

7-10-2018, 11:47

Oktyabrın 7-da qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib.

Axar.az xəbər verir ki, əsrin döyüşü adlanan görüş Las Veqas şəhərindəki "T-Mobile Arena"da baş tutub.

Gərgin keçən qarşılaşma 30 yaşlı qaydasız döyüşçü rusiyalı Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. Həbib dördüncü raundda hakimlərin yekdil qərarı ilə irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanıb.

Bu, Nurməhəmmədovun karyerası ərzində qazandığı iyirmi yeddi döyüşdə 27-ci qələbəsidir. Həbib 2017-ci ildə amerikalı döyüşçü El Yakvintanı məğlub edərək yüngül çəkidə çempion adı qazanmışdı.

Nurməhəmmədovun bu döyüşdən əldə etdiyi qonorar 2 milyon dollar olub.


Administratorla əlaqə

077 611-55-22

[email protected]