Foto Fakt

1 manata satılan qablaşdırılmış su 1.59 olub-FOTO

27-01-2016, 03:42
1 manata satılan qablaşdırılmış su 1.59 olub-FOTO
Manatın devalvasiyasından sonra bir çox məhsulların qiyməti ya zərurətdən,ya da müəyyən işbazların istəyi ilə dəfələrlə qaldırıldı.Bu gün qiymət artımı ilə bağlı "facebook"sosial şəbəkəsi üzərindən Babayev Əmrah adlı şəxs iradını bildirmiş və Uluyol.info olaraq yazını oxuculara təqdim edirik :

"Bu gün Sarı Marketdə 5lt-lik qablaşdırılmış su almaq istədim.Qiyməti görəndə anlam verə bilmədim.Yaxşı paltar,elektrik avadanlıqlar,tikinti malları və s. məhsulları xaricdən alaq və qiymətinin artmasın başa düşürəm.Amma suyun qiymətinin qalxmasına nə anlam verək?Hər gün televiziyalarda süni qiymət artımı ilə bağlı müşavirələri görürük,tapşırıqları dinləyirik.Yəqin suyun qiymətin artıranlar ancaq öz mənafelərin güdür və heç televiziya izləmirlər.Bir manata aldığım 5 lt-lik su indi 1.59 manat olub.59 faiz artıma nə ad qoyaq?Biz öllkənin bu durumunda əl-ələ verib çıxış yolları axtarmaqdansa baş kəsənlik edəcəyiksə demək ki,aqibətimiz sual altındadı.Sizə yazmağımda məqsədim,ictimailəşdirin ki,ölkə başçısının verdiyi tapşırıqlara biganə yanaşanlar bilinsin və adiyyatı qurumlar ölçü götürsün"

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]