Xəbərlər / Tibb

Bu fəsildə doğulan insanlar daha çox yaşayır

29-09-2018, 10:47

Alimlər sübut edir ki, payızda doğulan insanlar digər fəsillərdə doğulan insanlarla müqayisədə daha sağlam olur və çox yaşayır.

Amerika alimləri genişmiqyaslı araşdırma zamanı aşkar ediblər ki, uzunömürlülərin əksəriyyəti payızda və xüsusilə də noyabr ayında doğulan insanlardır.

Sağlamolun.az xəbər verir ki, mütəxəssislərin fikrinə görə, bunun səbəbi payızda uşaq dünyaya gətirən anaların hamiləlik boyu daha yaxşı qidalanmasıdır. Bu uşaqlarda beyinin və digər strukturların formalaşmasının ən vacib dövrü yaya təsadüf edilir. Yayda meyvə və tərəvəzlər bol olur ki, insan daha çox miqdarda orqanizm üçün əvəzsiz olan vitamin və mineralları qəbul edir. Bunun nəticəsində ana bətnində daha sağlam orqanizm formalaşır.

Bundan əlavə alimlərin fikrinə görə, uzunömürlülərin əksəriyyətində bu kimi xüsusiyyətlər var: ətrafdakılara qayğı göstərmək, fiziki aktiv olmaq, çox işləmək, sosial həyatda fəal olmaq, həyata pozitiv baxmaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]