Texnologiya

Azərbaycanda yeni Ayfonların satış qiyməti məlum oldu

27-09-2018, 13:00

“Əpl” (Apple) şirkətinin istehsal etdiyi yeni Ayfon modellərinin Azərbaycanda satışına başlanılıb.

Axar.az Bakı.vs-ə istinadən xəbər verir ki, sentyabrın 17-də təqdim edilən yeni Ayfon-XS və Ayfon-X Maks modellərinin qiyməti də məlum olub.

"Vorld Telekom" mağazalar şəbəkəsinin rəsmi saytında yerləşdirilən yeni Ayfonlar 2799 manatdan başlayır. Ən bahalı modelin (Ayfon-XS Maks) qiyməti isə 3599 AZN-dir. 256 GB yaddaşa sahib telefon hazırda bazara çıxarılan telefonlar arasında ən yüksək funksiyalı cihazdır.

Yeni Ayfonun 512 GB yaddaşlı modellərinin isə qiyməti hələlik açıqlanmır. Böyük yaddaşa sahib olan telefonların qiymətinin nisbətən daha baha olacağı ehtimal edilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]