Xəbərlər / Mədəniyyət

Səddam Hüseynin əlindən qaçan aktyor ölkəsinə necə qayıtdı? - FOTO

22-09-2018, 10:55

“Muhteşem Yüzyıl” və “Ufak tefek Cinayetler”dəki obrazları ilə tanınan türkiyəli aktyor Selim Bayraktarın İraqın mərhum prezidenti Səddam Hüseynin əlindən qaçdığı ortaya çıxıb.

Oxu.Az türk mətbuatına istindən xəbər verir ki, sənətçinin atası Kərkükdə benzin firmasında işləmək üçün İraqa yerləşən bir türkmən ilə evlənib. 1975-ci ildə isə Selim dünyaya gəlib.

Uşaqlıq illəri 8 il çəkən İraq-İran müharibəsinə təsadüf edir. Müharibədən dolayı İraq ordusunda əsgərlərin azalmağa başladığını görən hökümət 13 yaşından oğlanları hərbi xidmətə aparmağa qərar verir.


Oxu: “Ufak Tefek Cinayetler”in rejissoru: Hər kəsin içində bir “Merve” var
Bir gün Səddam Hüseyn Selim Bayraktarın oxuduğu məktəbi ziyarətə gəlir və onun da sırada olduğu bir neçə oğlanın başını sığallayaraq əsgərliyə uyğun olduqlarımı deyir.
Valideynləri onu əsgər göndərmək istəməsə də, dövlət onlara təzyiq etməyə başlayır.

Ailə isə çarəni ölkədən qaçmaqda görür. Həmin dönəmlər isə ölkəni tərk etmək asan deyildi. Səddam Hüseyn sərhədləri bağlatdırmış, qaçanların güllələnməsi əmrini vermişdi.


Bayraktar ailəsi yaxalansa idi, məhv ediləcəkdi. Onlar yenə də riski gözə alıb, at belində dağları aşır və Türkiyəyə gəlirək, yeni həyata başlayırlar.


Administratorla əlaqə

077 611-55-22

[email protected]