Dünya

Hindistanda Səddam Hüseyn şoku – Pasport üçün məhkəməyə müraciət edib

23-03-2017, 11:50
Hindistanda Səddam Hüseyn şoku – Pasport üçün məhkəməyə müraciət edib
Hindistanda gəmi mühəndisi Səddam Hüseyn işləmək üçün müraciət etdiyi hər yerdən rədd cavabı alınca, bunun daşıdığı ad və soyadla əlaqəli olduğu qənaətinə gəlib.

İşsizlikdən əziyyət çəkən hindistanlı Səddam Hüseyn ad-soyadını dəyişmək üçün artıq məhkəməyə müraciət edib. Ancaq məhkəmədəki bürokratik süründürməçilik onu narahat erməkdədir.
Saddam Hüseyin Hindistanın Tamil Nadu əyalətindəki Noor-ül İslam Universitetindən məzun olandan iki il sonra adı ilə bağlı sıxıntı yaşamağa başladığını bildirir.
Universiteti əla nəticə ilə başa vurub, tələbə yoldaşları çoxdan iş tapsa da, dənizçilik şirkətləri Səddam Hüseynin iş müraciətlərini geri çevirir. Oxşar problemlər ölkə sərhədini keçərkən də baş verir.
“İnsanlar məni işə almaqdan qorxur” deyən Səddam, 25 il əvvəl ona İraq diktatorunun adını verən atasını isə qınamır.
Yeni ad və soyadla pasport aldıqdan sonra həyatındakı sıxıntıları arxada qoya biləcəyinə ümid edən Səddam Hüseyn 5 matda yenidən məhkəməyə gedəcək.
Fotoda, soldakı hindistanlı Səddam Hüseyndir.
Moderator.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]