İdman

Ramil Quliyev Avropada ayın ən yaxşısı ola bilər

5-09-2018, 10:55

Azərbaycanlı idmançı Ramil Quliyev avqust ayı üzrə Avropanın ən yaxşı yüngül atlet adına namizəddir.

Oxu.Az xəbər verir ki, bununla bağlı Türkiyə Yüngül Atletika Federasiyası məlumat verib.

Avqustun 7-12-də Berlində keçirilən yüngül atletika üzrə Avropa çempionatında Ramil Quliyev 200 metrlik məsafəni 19,76 saniyəyə qaçmaqla yeni rekorda imza atıb.

Avropanın ən yaxşı yüngül atleti adına başqa namizədlər də var:

Kişilər arasında – Arman Dyuplantis (İsveç), Zarnel Xyuz (Böyük Britaniya), Yakob İnqebriqtsen (Norveç), Koen Nart (Belçika);

Qadınlar arasında: Dina Aşer-Smit (Böyük Britaniya), Kristin Xussonq (Almaniya), Lora Myur (Böyük Britaniya), Yekaterina Stefanidi (Yunanıstan), Anita Vlodarçik (Polşa).

Administratorla əlaqə

077 611-55-22

[email protected]