İdman

Azərbaycanlı idmançı növbəti dəfə Türkiyəni sevindirdi

20-08-2017, 21:56

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev növbəti dəfə birinci olub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Sabah” qəzeti yayıb.

Məlumata görə, Ramil Quliyev "Diamond Liqası”nda 200 metr məsafəyə qaçışda finişə 20.17 saniyəyə birinci çatıb.

Qeyd edək ki, bir müddət əvvəl azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanmışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]