Əsas Səhifə / Gündəm

Bəylər Əyyubovun gömrükdəki fironluğuna son qoyuldu... - General ciddi gəlir yerini itirdi

26-01-2016, 07:27
Azərbaycanda tropik meyvə idxalı leqallaşdırılır. Gömrük Komitəsinin məlumatı bunu sübut edir.

Bu ilin 6 ayında ölkəyə 12425,1 ton banan idxal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 3 dəfə çoxdur. Rüblük hesablamada tədarük dinamikası sabitdir.

İkinci rübdə Ekvadordan I rübdəki qədər - 6,7 min ton banan alınıb. Malın kq-ı gömrükdə 0,94 dollar bəyan edilib. Pərakəndə satışda 1 kq banan 2 manatdan ucuz deyil.

2014-cü ildə banan idxalının həcmi 7 min 630 ton olub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatına görə, tropik meyvə idxalı ilə əsasən "Natural Fruit” MMC (2013-cü ilin noyabrında təsis edilib) məşğul olur. Vergilər Nazirliyinin məlumatına görə, şirkət hazırda ləğv edilməkdədir. Bu şirkət limon və portağalın da vahid idxalçısı idi.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-iyun aylarında Azərbaycan limon idxal etməyib, portağal idxalı isə 4,2 ton olub.

2015-ci ilin eyni dövründə limon idxalı 6 min 70,4 ton (1837,3 min dollar), portağal idxalı 10163,7 ton (3 milyon 86,1 min dollar) olub. Azərbaycanda bu meyvələrin qıtlığı müşahidə edilməyib. Ötən il də onların qıtlığı olmayıb. Beləliklə, tropik meyvə idxalı üzrə yeni göstəriciləri bu biznesin leqallaşması ilə bağlamaq olar.

Qeyd edək ki, limon CAR, Türkiyə və İspaniyadan, portağal İran, Misir, Pakistan və Türkiyədən idxal edilir.

Digər tropik və sitrus meyvələri inhisarçı əsasda "Aqro-Vest İMP” MMC həyata keçirir.

Limon və portağal idxalında yerli istehsalın payı azdır: 2014-cü ildə 3966 ton limon (-8%) və 1584 ton (+1,3%) portağal istehsal edilib ("Turan").

DİA.AZ xatırladır ki, bu günə kimi tropik meyvə idxalına nəzarətin general Bəylər Əyyubovun əlində olduğu deyilirdi. İndi isə anlaşılanı odur ki, generalın bu biznesi əlindən alınıb. 

Bəylər Əyyubovun gömrükdəki fironluğuna son qoyuldu... - General ciddi gəlir yerini itirdi

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]