Layihə

“Nar” 4G istifadəçilərinin sayı ARTDI

28-08-2018, 20:56

2018-ci ilin ikinci rübünün göstəricilərinə əsasən, 1 il ərzində "Nar” 4G internetindən istifadə edən abunəçilərin sayı 24% artıb.

Xeberman.com xəbər verir ki, hazırda 250 mindən çox abunəçi "Nar”ın yüksək keyfiyyətli 4G xidmətindən istifadə edir.

Qeyd edək ki, "Nar” 4G interneti paytaxtla yanaşı ölkənin böyük şəhərlərini də əhatə edir. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir.

2018-ci ildən başlayaraq ölkənin 30-dan çox şəhər və rayon mərkəzlərində 4G baza stansiyaları istifadəyə verilib və nəticədə "Nar” abunəçilərinin böyük bir qismi yüksək sürətli internetə çıxış əldə edib. 4G keyfiyyəti ilə yanaşı "Nar”ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.

Son bir il ərzində "Nar” abunəçiləri 3.3 mln GB həcmində data trafik istifadə edib. Öncəki illə müqayisədə bu rəqəm 36% çoxdur. Ümumi data trafik istifadəsinin 1.3 mln GB-lıq hissəsi 4G xidmətinin payına düşür. 2018-ci ilin ilk iki rübü ərzində aparılan işlərin nəticəsi olaraq, illik 4G internetinin trafik həcmi öncəki illə nisbətdə 3 dəfədən çox olmuşdur.

Qeyd edək ki, "Nar” bu göstəricilərin daha da yüksəlməsi üçün ölkə boyunca 4G baza stansiyalarının sayını durmadan artır. Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Administratorla əlaqə

077 611-55-22

[email protected]