Xəbərlər / Layihə
“Nar” istifadəçilərinin sayı açıqlandı
12-05-2018, 22:58
“Nar” istifadəçilərinin sayı 2,0720,488 nəfər təşkil edib.
Bunu “Azerfon” MMC-nin (“Nar”) baş icraçı direktoru Dr. Qunnar Pankenin 2018-ci ilin birinci rübü üzrə fəaliyyət hesabatının təqdimatında bildirib.
O qeyd edib ki, mobil internetdən istifadəçilərin sayına görə “Nar” ən yüksək göstəriciyə nail olub. Belə ki, mobil internetdən istifadənin həcmi Bakı və Abşeron yarımadasında 88%, bölgələrdə isə 28% artıb.
Q. Pankenin sözlərinə görə, 2018-ci ilin birinci rübündə “Nar” 4G stansiyalarının sayını çoxaldıb. Məlum olub ki, təkcə 2018-ci ilin ilk aylarında paytaxt və ölkənin 18 bölgəsində 147 yeni LTE baza stansiyası quraşdırılıb. Metrostansiyalarında LTE xidməti təmin edilib:
“Bizi digər mobil operatorlardan sərfəli tarif paketləri fərqləndirir. Gəlirlərimizin artması dinamikasına görə Azərbaycanda liderik. Sərmayələrin miqdarı artıb. Hazırda böyük investisiyalar şəbəkənin artımına planlaşdırılıb. Əsas investisiyaları 4G-yə yönəltmişik”.