Xəbərlər / İqtisadiyyat

"Benzinin qiymətinin qalxmasında heç bir qəbahət yoxdur" - Deputatdan açıqlama

22-08-2018, 17:41

"Azərbaycanda "Premium Euro-95" və "Super Euro-98" markalı yanacağın qiyməti qalxmasına normal baxmaq lazımdır. Bu, dünyada gedən proseslərlə əlaqəlidir".

Mia.az xəbər verir ki, bu fikirləri "ölkə.az"a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "Qasid" firmasının prezidenti Mirkazım Kazımov bildirib.

M.Kazımov deyib ki, Azərbaycan müstəqil respublikadır:
"Digər tərəfdən isə Azərbaycanda Tarif Şurası var. Bu məsələlərə də bu qurum baxır. Əgər Tarif Şurası lazım bilirsə, qiyməti qaldırır. Burada heç bir qəbahət yoxdur. Bir daha deyirəm ki, Azərbaycan müstəqil dövlətdir və onun öz qanunları var. Ona görə də Azərbaycan dövləti lazım bildiyi vaxt qiyməti qaldıra və ya aşağı sala bilər. Bu da normal bir şeydir".


Administratorla əlaqə

077 611-55-22

[email protected]