İqtisadiyyat

Azərbaycanda benzinin qiyməti ilə bağlı mühüm XƏBƏR

6-04-2018, 01:58
Azərbaycanda necə benzinin qiymətinin ucuzlaşması gözlənilirmi?

Mart ayında Gürcüstanda benzinin qiymətində ucuzlaşma qeydə alınıb. Yanacağın qiyməti brend yanacaq doldurma məntəqələrində bir litr üçün orta hesabla 2-4 tetri aşağı düşüb.Azərbaycanda necə benzinin qiymətinin ucuzlaşması gözlənilirmi?

Bununla bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, Gürcüstanda benzinin ucuzlaşması Azərbaycana təsiri gözlənilən deyil: "Amma ölkəmizdə də benzinin qiymətinin ucuzlaşması məqsədə uyğun olardı. Bu gün dolların qiymətində stabillik var. Azərbaycan Dövlət Neft Şirkətinin gəlirlərində artım müşahidə olunur. Bu da imkan verir ki, benzinin qiymətinə yenidən baxılsın. Əgər yenidən benzinin qiymətinə baxılsa yəqin ki, müəyyən qədər ucuzlaşmasına nail olmaq olar. Amma sözsüz ki, benzinin qiyməti ilə bağlı son qərarı Tarif Şurası verir. Əvəlcədən benzinin qiymətinin necə olacağı haqqında proqnoz vermək çətindir. Nəqliyyatda ehtiyacın çox olması, manatın qiymətindəki stabilliyi və Azərbaycan Dövlət Neft Şirkətinin gəlirlərinin çoxalmasını nəzərə alaraq Tarif Şurasına benzinin qiymətinə yenidən baxmasına və qiymətin aşağı salınmasını təklif edirik".

Administratorla əlaqə

077 611-55-22

[email protected]