Əsas Səhifə / Gündəm

Rizvan Vahabov Qiymət Mehdiyevin aqibətini yaşaya bilər

26-01-2016, 03:24
Neft Kəmərləri İdarəsinin sabiq rəisi qayınanası vasitəsi ilə vətəndaşların mülklərini mənimsəməyə çalışır Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma zamanı Anna Qoloveşkinanın adına olan «Volbak» MMC ilə bağlanmış müqavilələrin saxta olduğu üzə çıxıb Bu gün az qala bütün ölkə ictimaiyyətinə bəllidir ki, Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Vahabovun qanunsuz hərəkətləri nəticəsində paytaxt sakinləri Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımovun mülkiyyət hüquqları pozulub. Belə ki, adıçəkilən şəxslərin mətbuata müraciətlərindən bəle məlum olur ki, Rizvan Vahabov onların qeyri-yaşayış sahələrini və mənzillərini mənimsəyib. Bununla yanaşı, o da qeyd olunur ki, hazırda paytaxtın müxtəlif ərazilərində yanacaq doldurma məntəqələrinə, istehsalat sahələrinə, Xətai rayonunda 680 kvadratmetr, 1460 kvadratmetr və 5543,4 kvadratmetr torpaq sahəsinə, Badamdarda 3 villaya, Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evinə, Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzlərinə, otel və villalarasahib olan Rizvan Vahabov bütün bu sərvəti Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsində çalışdığı dönəmlərdə əldə edib. Məhz elə bu səbəbdən də müvafiq qurumlar onun fəaliyyətini araşdırmalı, qeyd olunan kapitala hansı yolla sahiblənməsinə aydınlıq gətirilməlidir. Bu və digər bir sıra önəmlə məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla bölüşən məlumatlı şəxs hesab edir ki, əgər Baş prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi Neft Kəmərləri İdarəsinin sabiq rəisi ilə bağlı geniş araşdırma aparsa, o zaman Rizvan Vahabovun SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevdən daha çox sərvətə sahib olduğu məlum olacaq: «Bildiyiniz kimi, Dövlət Neft Şirkətinin idarə rəisinin müavini Qiymət Mehdiyevin adı son günlər mətbuatın gündəmindən düşmür. Bunun əsas səbəbi isə SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavininin həyat yoldaşının Türkiyədə 20 milyon dollar dəyərində olan 16 villa almasıdır. Əgər Rizvan Vahabovun da fəaliyyəti araşdırılsa, o zaman bəlli olacaq ki, bu şəxs Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsində çalışdığı müddətdə külli miqdarda gəlir əldə edib və böyük kapitala yiyələnib. Bir sözlə, yoxlama aparılsa, Rizvan Vahabov da Qiymət Mehdiyevin aqibətini yaşaya bilər». Sabiq idarə rəisinin «Günəş» İKF-ni 80 yaşlı qaynanası Anna Sergeyevna Qoloveşkinanın adına sənədləşdirdiyini vurğulayan mənbənin sözlərinə görə, «Günəş» İKF Rizvan Vahabov tərəfindən idarə olunur: «Deyilənlərə görə, «Günəş» İKF Rizvan Vahabov tərəfindən başqa bir sahibkardan bir sıra əyri yollarla əldə edilib və qeyri-qanuni şəkildə Anna Sergeyevna Qoloveşkinanın adına keçirilib». Mənbə bildirir ki, bununla bağlı deyilənlərin doğruluğunu sübuta yetirmək üçün Rizvan Vahabov tərəfindən hüquqları tapdanmış Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımovun müraciətlərində qeyd olunan məqamlara diqqət yetirmək kifayətdir. Beləliklə, nəzərinizə çatdıraq ki, adıçəkilən şəxslər 2011-ci ildə Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar. Məsələn, Anar Əsədovun sözlərinə görə, onunla birgə Zamiq Əhmədov həmin binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsi alıb: «Bütün alqı-satqı əməliyyatı bank üzərindən həyata keçdi. Mənim də, Zamiqin də aldığı əmlaklar İlqar adlı şəxsə məxsus idi. Qanunun tələb etdiyi kimi sənədlər «BTİ»yə təqdim olundu, 2 ay ərzində bizə təzə «kupça» verildi. Heç bir problem olmadı. Az sonra Yasamal Rayon Məhkəməsindən çağırış gəldi. Məlum oldu ki, 80 yaşlı Anna Sergeyevna Qoloveşkina Zamiqlə mənə və həmin ünvanda olan bütün obyekt sahiblərinə qarşı iddia qaldırıb. İddiasında göstərib ki, binada olan bütün qeyri-yaşayış sahələri və bəzi mənzilləri müqavilə əsasında «Volbak» MMC-dən alıb. Buna görə MMC-yə 3 milyon 682 min dollar ödəyib. İddia 8 nəfərə qarşı qaldırılmışdı». Yuxarıda adıçəkilən şikayətçilr – Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımov iddia edir ki, vaxtilə süpürgəçi işləmiş Anna Sergeyevna Qoloveşkinanın arxasında məhz Rizvan Vahabov dayanır: «Məhkəmə prosesinin gedişində bizə aydın olub ki, obyekt aldığımız həmin binanın tikintisini "Volbak” MMC həyata keçirib. Bu MMC-nin sahibi Əflatun Piriyev olub. Faktiki isə binanın tikintisini və satışını Hümbət Məmmədovla Rizvan Vahabov həyata keçiriblər. Əflatun Piriyev öldürüldükdən, bu qətlə görə Hümbət Məmmədov həbs olunduqdan sonra Rizvan Vahabov baş verənləri fürsət bilərək bizə qarşı qanunsuz iddialarla çıxış etməyə başladı. O, özü birbaşa deyil, qayınanası Anna Qoloveşkinanı qabağa verməklə yaşlı qadını da yalan danışmağa sövq edir. Yasamal Rayon Məhkəməsinin çıxardığı qanunsuz və əsassız qətnamədən apelyasiya şikayəti verdik. Hakim apelyasiya şikayətini obyektiv araşdırdı. Məhkəmədə Rizvan Vahabovun qayınanasının yalanı çılpaqlığı ilə üzə çıxdı. Belə ki, Anna Qoloveşkinanın vəkili məhkəmədə deyirdi ki, pulu 80 yaşlı qadın özü "Volbak” MMC-yə apararaq ödəyib. Hakim vəkilə sual verib dəqiqləşdirdi ki, pulu məhz 80 yaşlı qadın ora aparıb və ödəyib. Bundan sonra hakim aydınlaşdırdı ki, 3 milyon 682 min dollar təxminən 80 kiloqrama yaxındır. Vəkilə sual etdi ki, 45 kiloqrama yaxın çəkisi olan 80 yaşlı qadın belə ağır yükü necə daşıyıb? Vəkil suala cavab verə bilmədi. Növbəti prosesdə Rizvan Vahabovun qayınanasının vəkili onun dilindən daha bir yalanı ifadə etdi. Dedi ki, Anna Qoloveşkina həmin obyektlərə və mənzillərə görə pul ödəməyib. Torpaqla barter ediblər. Bakı Apelyasiya Məhkəməsi iddiaçı tərəfin yalanlarını, saxta sənədlərini araşdırıb bizim xeyrimizə qərar verdi. Bununla yanaşı, Anna Qoloveşkinanın vəkili proses zamanı vəsatət verib onun mübahisə obyekti olan qeyri-yaşayış sahələrinə və mənzillərə görə pul ödəyib-ödəməməsini aydınlaşdırılmasını istəmişdi. Hakim xüsusi qərardadla həmin vəsatətin araşdırılması üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yolladı. Qarşı tərəfin vəkili bu vəsatəti verərkən işin uzadılması məqsədini güdürdü. İstəyirdilər ki, iş uzansın, biz şikayətçilər bezib geri çəkilək. Lakin öz vəsatətlərinə əsasən özlərini ifşa etdilər. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma zamanı bir daha üzə çıxdı ki, Anna Qoloveşkinanın adına olan "Volbak” MMC ilə bağlanmış müqavilələr, kassa mədaxil orderləri saxtadır. Bu qadın tərəfindən "Volbak” MMC-yə bir qəpik belə pul ödənilməyib. Rizvan Vahabov 80 yaşında qadını məcbur edir ki, yalan ifadə versin. O da məhkəmələrdə yalan danışır, deyir ki, 3 milyon 482 min dollar və 200 min dolları şəxsən nağd pulla ödəyib». Şikayətçilərin sözlərinə görə, Rizvan Vahabovun qayınanası Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ikinci dəfə yalan ifadə verib: «Belə ki, o, deyib ki, pul ödəməyib, bu müqavilədəki pulun əvəzinə torpaq verib. İdarədə bu məsələ də araşdırılıb. Məlum olub ki, həmin torpaq dövlətindir. Anna Qoloveşkina iddiasında göstərdiyi mülklərə görə heç bir pul ödəməyib, heç bir əvəzləşmə də olmayıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmanın nəticəsində çıxarılan qərarla da Anna Qoloveşkinanın iddiasında göstərdiyi mülklərə heç bir aidiyyətinin olmadığı təsdiqləndi. Bütün bunlara baxmayaraq, onun barəsində heç bir tədbir görülmədi. Baxmayaraq ki, Anna Qoloveşkina hər dəfə ifadə verməyə çağırılanda yalan ifadə verməmək barədə iltizama qol çəkib». Şikayətçilər qeyd edirlər ki, Rizvan Vahabov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin çıxardığı qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət versə də, məhkəmə şikayəti araşdıraraq qərarın qanuni olduğunu təsdiqləyib: «Bundan sonra Rizvan Vahabov məhkəmənin qərardadından apelyasiya şikayəti verdi. Apelyasiya instansiyasında qərardad qüvvədə saxlandı. Bununla da bir daha Rizvan Vahabovun qayınanasının iddiasının əsassız və saxta olduğu təsdiqləndi…» Gördüyünüz kimi, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Vahabov qayınanası Anna Qoloveşkinanın vasitəsi ilə paytaxt sakinləri Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımovun mülkiyyət hüquqlarını pozmağa, onların mülklərini mənimsəməyə çalışır. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Daha Ətraflı: https://gundelik-baku.com/index.php?newsid=30468
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilirNeft Kəmərləri İdarəsinin sabiq rəisi qayınanası vasitəsi ilə vətəndaşların mülklərini mənimsəməyə çalışır Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma zamanı Anna Qoloveşkinanın adına olan «Volbak» MMC ilə bağlanmış müqavilələrin saxta olduğu üzə çıxıb Bu gün az qala bütün ölkə ictimaiyyətinə bəllidir ki, Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Vahabovun qanunsuz hərəkətləri nəticəsində paytaxt sakinləri Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımovun mülkiyyət hüquqları pozulub. Belə ki, adıçəkilən şəxslərin mətbuata müraciətlərindən bəle məlum olur ki, Rizvan Vahabov onların qeyri-yaşayış sahələrini və mənzillərini mənimsəyib. Bununla yanaşı, o da qeyd olunur ki, hazırda paytaxtın müxtəlif ərazilərində yanacaq doldurma məntəqələrinə, istehsalat sahələrinə, Xətai rayonunda 680 kvadratmetr, 1460 kvadratmetr və 5543,4 kvadratmetr torpaq sahəsinə, Badamdarda 3 villaya, Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evinə, Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzlərinə, otel və villalarasahib olan Rizvan Vahabov bütün bu sərvəti Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsində çalışdığı dönəmlərdə əldə edib. Məhz elə bu səbəbdən də müvafiq qurumlar onun fəaliyyətini araşdırmalı, qeyd olunan kapitala hansı yolla sahiblənməsinə aydınlıq gətirilməlidir. Bu və digər bir sıra önəmlə məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla bölüşən məlumatlı şəxs hesab edir ki, əgər Baş prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi Neft Kəmərləri İdarəsinin sabiq rəisi ilə bağlı geniş araşdırma aparsa, o zaman Rizvan Vahabovun SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevdən daha çox sərvətə sahib olduğu məlum olacaq: «Bildiyiniz kimi, Dövlət Neft Şirkətinin idarə rəisinin müavini Qiymət Mehdiyevin adı son günlər mətbuatın gündəmindən düşmür. Bunun əsas səbəbi isə SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavininin həyat yoldaşının Türkiyədə 20 milyon dollar dəyərində olan 16 villa almasıdır. Əgər Rizvan Vahabovun da fəaliyyəti araşdırılsa, o zaman bəlli olacaq ki, bu şəxs Neft Kəmərləri İdarəsinin rəisi vəzifəsində çalışdığı müddətdə külli miqdarda gəlir əldə edib və böyük kapitala yiyələnib. Bir sözlə, yoxlama aparılsa, Rizvan Vahabov da Qiymət Mehdiyevin aqibətini yaşaya bilər». Sabiq idarə rəisinin «Günəş» İKF-ni 80 yaşlı qaynanası Anna Sergeyevna Qoloveşkinanın adına sənədləşdirdiyini vurğulayan mənbənin sözlərinə görə, «Günəş» İKF Rizvan Vahabov tərəfindən idarə olunur: «Deyilənlərə görə, «Günəş» İKF Rizvan Vahabov tərəfindən başqa bir sahibkardan bir sıra əyri yollarla əldə edilib və qeyri-qanuni şəkildə Anna Sergeyevna Qoloveşkinanın adına keçirilib». Mənbə bildirir ki, bununla bağlı deyilənlərin doğruluğunu sübuta yetirmək üçün Rizvan Vahabov tərəfindən hüquqları tapdanmış Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımovun müraciətlərində qeyd olunan məqamlara diqqət yetirmək kifayətdir. Beləliklə, nəzərinizə çatdıraq ki, adıçəkilən şəxslər 2011-ci ildə Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar. Məsələn, Anar Əsədovun sözlərinə görə, onunla birgə Zamiq Əhmədov həmin binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsi alıb: «Bütün alqı-satqı əməliyyatı bank üzərindən həyata keçdi. Mənim də, Zamiqin də aldığı əmlaklar İlqar adlı şəxsə məxsus idi. Qanunun tələb etdiyi kimi sənədlər «BTİ»yə təqdim olundu, 2 ay ərzində bizə təzə «kupça» verildi. Heç bir problem olmadı. Az sonra Yasamal Rayon Məhkəməsindən çağırış gəldi. Məlum oldu ki, 80 yaşlı Anna Sergeyevna Qoloveşkina Zamiqlə mənə və həmin ünvanda olan bütün obyekt sahiblərinə qarşı iddia qaldırıb. İddiasında göstərib ki, binada olan bütün qeyri-yaşayış sahələri və bəzi mənzilləri müqavilə əsasında «Volbak» MMC-dən alıb. Buna görə MMC-yə 3 milyon 682 min dollar ödəyib. İddia 8 nəfərə qarşı qaldırılmışdı». Yuxarıda adıçəkilən şikayətçilr – Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımov iddia edir ki, vaxtilə süpürgəçi işləmiş Anna Sergeyevna Qoloveşkinanın arxasında məhz Rizvan Vahabov dayanır: «Məhkəmə prosesinin gedişində bizə aydın olub ki, obyekt aldığımız həmin binanın tikintisini "Volbak” MMC həyata keçirib. Bu MMC-nin sahibi Əflatun Piriyev olub. Faktiki isə binanın tikintisini və satışını Hümbət Məmmədovla Rizvan Vahabov həyata keçiriblər. Əflatun Piriyev öldürüldükdən, bu qətlə görə Hümbət Məmmədov həbs olunduqdan sonra Rizvan Vahabov baş verənləri fürsət bilərək bizə qarşı qanunsuz iddialarla çıxış etməyə başladı. O, özü birbaşa deyil, qayınanası Anna Qoloveşkinanı qabağa verməklə yaşlı qadını da yalan danışmağa sövq edir. Yasamal Rayon Məhkəməsinin çıxardığı qanunsuz və əsassız qətnamədən apelyasiya şikayəti verdik. Hakim apelyasiya şikayətini obyektiv araşdırdı. Məhkəmədə Rizvan Vahabovun qayınanasının yalanı çılpaqlığı ilə üzə çıxdı. Belə ki, Anna Qoloveşkinanın vəkili məhkəmədə deyirdi ki, pulu 80 yaşlı qadın özü "Volbak” MMC-yə apararaq ödəyib. Hakim vəkilə sual verib dəqiqləşdirdi ki, pulu məhz 80 yaşlı qadın ora aparıb və ödəyib. Bundan sonra hakim aydınlaşdırdı ki, 3 milyon 682 min dollar təxminən 80 kiloqrama yaxındır. Vəkilə sual etdi ki, 45 kiloqrama yaxın çəkisi olan 80 yaşlı qadın belə ağır yükü necə daşıyıb? Vəkil suala cavab verə bilmədi. Növbəti prosesdə Rizvan Vahabovun qayınanasının vəkili onun dilindən daha bir yalanı ifadə etdi. Dedi ki, Anna Qoloveşkina həmin obyektlərə və mənzillərə görə pul ödəməyib. Torpaqla barter ediblər. Bakı Apelyasiya Məhkəməsi iddiaçı tərəfin yalanlarını, saxta sənədlərini araşdırıb bizim xeyrimizə qərar verdi. Bununla yanaşı, Anna Qoloveşkinanın vəkili proses zamanı vəsatət verib onun mübahisə obyekti olan qeyri-yaşayış sahələrinə və mənzillərə görə pul ödəyib-ödəməməsini aydınlaşdırılmasını istəmişdi. Hakim xüsusi qərardadla həmin vəsatətin araşdırılması üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yolladı. Qarşı tərəfin vəkili bu vəsatəti verərkən işin uzadılması məqsədini güdürdü. İstəyirdilər ki, iş uzansın, biz şikayətçilər bezib geri çəkilək. Lakin öz vəsatətlərinə əsasən özlərini ifşa etdilər. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma zamanı bir daha üzə çıxdı ki, Anna Qoloveşkinanın adına olan "Volbak” MMC ilə bağlanmış müqavilələr, kassa mədaxil orderləri saxtadır. Bu qadın tərəfindən "Volbak” MMC-yə bir qəpik belə pul ödənilməyib. Rizvan Vahabov 80 yaşında qadını məcbur edir ki, yalan ifadə versin. O da məhkəmələrdə yalan danışır, deyir ki, 3 milyon 482 min dollar və 200 min dolları şəxsən nağd pulla ödəyib». Şikayətçilərin sözlərinə görə, Rizvan Vahabovun qayınanası Korrupsiyaya Qarşı Mübarizə İdarəsində ikinci dəfə yalan ifadə verib: «Belə ki, o, deyib ki, pul ödəməyib, bu müqavilədəki pulun əvəzinə torpaq verib. İdarədə bu məsələ də araşdırılıb. Məlum olub ki, həmin torpaq dövlətindir. Anna Qoloveşkina iddiasında göstərdiyi mülklərə görə heç bir pul ödəməyib, heç bir əvəzləşmə də olmayıb. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmanın nəticəsində çıxarılan qərarla da Anna Qoloveşkinanın iddiasında göstərdiyi mülklərə heç bir aidiyyətinin olmadığı təsdiqləndi. Bütün bunlara baxmayaraq, onun barəsində heç bir tədbir görülmədi. Baxmayaraq ki, Anna Qoloveşkina hər dəfə ifadə verməyə çağırılanda yalan ifadə verməmək barədə iltizama qol çəkib». Şikayətçilər qeyd edirlər ki, Rizvan Vahabov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin çıxardığı qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət versə də, məhkəmə şikayəti araşdıraraq qərarın qanuni olduğunu təsdiqləyib: «Bundan sonra Rizvan Vahabov məhkəmənin qərardadından apelyasiya şikayəti verdi. Apelyasiya instansiyasında qərardad qüvvədə saxlandı. Bununla da bir daha Rizvan Vahabovun qayınanasının iddiasının əsassız və saxta olduğu təsdiqləndi…» Gördüyünüz kimi, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Vahabov qayınanası Anna Qoloveşkinanın vasitəsi ilə paytaxt sakinləri Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımovun mülkiyyət hüquqlarını pozmağa, onların mülklərini mənimsəməyə çalışır. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Daha Ətraflı: https://gundelik-baku.com/index.php?newsid=30468
İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir

Administratorla əlaqə

077 611-55-22

[email protected]