Dünya

İndoneziyada zəlzələ olub: 10 nəfər ölüb

29-07-2018, 11:52

İndoneziyada zəlzələ olub.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Channel NewsAsia” telekanalı məlumat yayıb.

Məlumata görə, iyulun 29-da yerli vaxtla saat 6:47-də İndoneziyanın Lombok adasında 6,4 bal gücündə zəlzələ baş verib. Turistlər arasında populyarlığı ilə seçilən Bali adasının və Rincani vulkanının yaxınlığında baş verən zəlzələnin ocağı 7,5 kilometr dərinlikdə yerləşib.

Təbii hadisə zamanı 10 nəfər ölüb. Onların ölümünə nəyin səbəb olduğu açıqlanmır. Zəlzələ zamanı azı 20 nəfər xəsarət alıb.

İndoneziya Geofizika və Meteorologiya Agentliyinin yaydığı məlumata görə, zəlzələnin ardınca 11 afterşok qeydə alınıb. Sunami təhlükəsi elan edilməyib.

Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyi çoxsaylı dağıntılar barədə məlumat yayıb. Torpaq sürüşmələrinin qeydə alındığı Rincani dağına qalxan yollar müvəqqəti olaraq bağlanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]